Müştəri sizi axtaranda — Google-da, süni intellekt cavablarında, tətbiq mağazasında — qarşısına siz çıxmalısınız. Texniki əsasdan məzmuna qədər hər addımı vahid strategiya ilə qururuq.
Reklam büdcəsindən asılı olmayan davamlı görünürlük
AZ və RU üzrə ayrıca strategiya, hər ikisi native yazılır
Texniki, məzmun və nüfuz işi bir planla aparılır
Müştəri sizi axtaranda — Google-da, süni intellekt cavablarında, tətbiq mağazasında — qarşısına siz çıxın.
Xeyr. İlk addım mövcud vəziyyəti qiymətləndirməkdir: nə işləyir, nə irəli getməyə mane olur, hansı səhifələr artıq görünürlük qazanıb. İşləyən hissəni saxlayırıq, yalnız ziyan verən və ya yarımçıq qalan hissəni yenidən qururuq. Əgər saytın texniki əsası bu işə imkan vermirsə, bunu ört-basdır etmədən deyirik və seçimləri qarşınıza qoyuruq.
Sayta və hostinqə giriş, Search Console və analitika hesabları — yoxdursa, sizin adınıza biz açırıq — bir də sizin tərəfdən məhsulu yaxşı bilən bir nəfər ki, sualları ona ünvanlaya bilək. Məzmun və dəyişikliklər yayımlanmadan sizin təsdiqinizdən keçir. Bütün hesablar sizin adınıza qeydiyyatdan keçir; biz yalnız verilən giriş icazəsi ilə işləyirik.
İşə başlamazdan əvvəl başlanğıc göstəricilərini qeyd edirik: hansı sorğularda görünürsünüz, hansı səhifələr trafik gətirir, tətbiqiniz varsa yükləmə statistikası necədir. Sonra eyni göstəriciləri müntəzəm müqayisə edirik — neçə dəfə göstərilmisiniz, neçə klik gəlib, hansı səhifə irəliləyir, hansı yerində sayır. Sıralama vəd etmirik; baxdığımız şey trafikin və müraciətlərin real hərəkətidir.
Əksinə, bir-birini tamamlayır: reklam yalnız ödəniş davam etdiyi müddətdə görünür, orqanik görünürlük isə büdcə dayandırılandan sonra da qalır. Reklam sorğularından hansı ifadələrin real müraciət gətirdiyini öyrənib məzmun planına keçiririk. Reklam tərəfi ayrıca aparılır: büdcə sizin öz hesabınızdan, sizin adınıza xərclənir, idarəetmə haqqı isə büdcədən ayrıca hesablanır — mediaya heç bir əlavə faiz yazılmır.
Hər şey. Texniki düzəlişlər və məzmun sizin saytınızda qalır, hesablar və domen onsuz da sizin adınızadır. Ayrılarkən görülən işlərin və açıq qalan tövsiyələrin siyahısını təhvil veririk ki, istəsəniz özünüz və ya başqa komanda ilə davam edə biləsiniz.
Saytınızın və ya tətbiqinizin görünürlüyünü qiymətləndirək — pulsuz ilkin baxışla başlayın.