Hansı kanalın real nəticə gətirdiyini rəqəmlə görün.
GA4-ü sıfırdan qururuq və ya mövcud quraşdırmanı səliqəyə salırıq: hadisələr, nəticə izləməsi, trafik mənbələri və müştəri yolları düzgün konfiqurasiya olunur. Nəticədə hansı kanalın müştəri gətirdiyini, hansının boş xərc olduğunu aydın görürsünüz.
GA4 hesabının sıfırdan qurulması və ya mövcud konfiqurasiyanın auditi
Hadisə (event) və nəticə (conversion) izləməsinin qurulması
Trafik mənbələrinin və kampaniya parametrlərinin düzgün konfiqurasiyası
Müştəri yolunun (user journey) izlənməsi
Sizin üçün oxunaqlı hesabat panelinin hazırlanması
Mövcud izləmə varsa, nə düzgün işləyir, nə yox — yoxlayırıq.
GA4-ü hadisələr, nəticələr və trafik mənbələri ilə konfiqurasiya edirik.
Bütün izləmələrin real datanı düzgün topladığını yoxlayırıq.
Rəqəmləri sizin üçün oxunaqlı panelə çeviririk.
Hansı kanalın müştəri gətirdiyini, hansının boş xərc olduğunu rəqəmlə görürsünüz və büdcə qərarlarını təxminlə yox, faktla verirsiniz.
Bəli, mövcud quraşdırmanı audit edib nəyin səhv işlədiyini düzəldirik və hesabatı sizin üçün sadə formaya salırıq.
Layihənin həcmindən asılıdır — dəqiq müddəti ilkin görüşdə saytınızı və tələblərinizi öyrəndikdən sonra deyə bilərik.
Saytınızın hansı kanaldan nəticə gətirdiyini öyrənmək istəyirsiniz? Formu doldurun.